Hazırlanması üç il çəkən robot ''Cecilia'', insanlar kimi gündəlik həyatımızda zarafatlar edə bilir. Zarafatları ilə bərabər saatda 120 kokteyl hazırlaya bilən ''Cecilia'' 40 dildə danışa bilir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, robotlar getdikcə gündəlik həyatımıza daha çox cəlb olunurlar. Hazırlanması üç il çəkmiş ''Cecilia'' xidmət sənayesindəki robotlardan biridir. ''Cecilia''nı digər robotlardan fərqləndirən cəhətlərdən biri də onun dünyanın ilk interaktiv robot-barmen olmasıdır.
''Cecilia'' saatda 120 kokteyl hazırlaya bilir. Eyni zamanda müştərilərinə kokteyl təklifləri təqdim edir, restoranın ən sıx olduğu saatları və müştərinin ən çox üstünlük verdiyi içkiləri təhlil edir.