Yaponiyanın nəhəng istehsalçısı ''Toshiba'' son bir neçə gündə böyük bir dəyişikliyə məruz qalıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin baş direktoru Satoşi Tsunakavanın rəhbərlik etdiyi bu dəyişikliyə əsasən şirkət iki yerə bölünəcəkdi. Satoşinin fikrincə, bu, uzunmüddətli perspektivdə şirkət üçün ən yaxşı seçim olsa da, şirkətin iki müstəqil şirkətə bölünməsi ideyası, şirkətin üçə bölünməli olduğunu düşünən rəhbərliyin digər üzvləri tərəfindən birmənalı qarşılanmayıb.
''Toshiba''nın baş direktoru Satoşi Tsunakava tutduğu vəzifədən istefa verdiyini açıqlayıb. Baş vitse-prezident Taro Şimada illərdir maliyyə problemləri yaşayan və yenidən strukturlaşma prosesindən keçən Yaponiya şirkətində vakant vəzifəyə təyin edilib.