''Apple'' iPhone 13 və 13 Pro-nun yenilənmiş versiyalarını təqdim edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Apple Peek Performance'' tədbiri ilə bəzi yenilikləri təqdim edib. ''Apple'' 8 mart tədbiri çərçivəsində iPhone 13 üçün yeni rəng seçimi, 5G dəstəyi ilə yeni iPhone SE 2022 və M1 prosessorlu 5-ci nəsil iPad Air, həmçinin yeni Mac Studio modeli ilə qarşımıza çıxıb.
Hazırda iPhone13 qara, ağ, qırmızı, mavi, çəhrayı və yeni yaşıl rənglərdə mövcuddur. iPhone 13 Pro isə qara, ağ, qızılı, mavi və eyni yaşıl rənglərdə olacaq.
Eyni zamanda "Apple" öz təqdimatında "iPhone SE" smartfonunun yeni prosessorlu və "5G"-ni dəstəkləyən yenilənmiş modelini təqdim edib. Yeni iPhone SE-nin başlanğıc qiyməti 429 dollardır.