''Nestle'' Rusiyaya sərmayələri, o cümlədən reklamları dayandırdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Nestle'' dünyanın ən böyük qida istehsalçısı və Rusiyanın ən böyük reklamçısıdır. Eyni zamanda ''KitKat'', ''Maggi'', ''Nescafe'', ''Nesquik'', ''Nestea'' və başqa brendlərin sahibidir.


Ən böyük pizza şəbəkəsi ''Papa John`s International'' Rusiya bazarı üçün əməliyyat, marketinq və ya biznes dəstəyini dayandırır. Həmçinin ''Victoria's Secret'' markası martın 9-dan etibarən satışın müvəqqəti dayandırıldığını elan edərək mağazalar yenidən açıldıqda müştəriləri xəbərdar edəcəyinə söz verib.