QR-kod hələ də şəhərin tarixi görkəminə pis uyğunlaşır, lakin o ən azı turistlər üçün lazımdır.
MSTF Partners təşkilatı Portuqaliya şəhərlərinin müasir və çoxəsrli memarlığını bir yerdə cəmləməsi üçün tarixi tikinti ilə birləşən “qədim” QR-kodu hazırlayıblar.
Portuqaliya onun gözəl qara və ağ qalın yol örtüyü ilə tanınır. Onun şərəfinə bir çox belə suvenirlər var. Bunu nəzərə alaraq, yaradıcılar QR-kodu birbaşa trotuar plitəsinə həkk etməyə qərar verdilər.
Bu məqsədlə təxminən 500 il tarixi olan daşları əldə ediblər və bundan sonra Lissabonun ən məşhur yerlərində ustalar onları yerləşdirilməlidirlər.
Istifadəçi kodu skan edərkən turistlər üçün nəzərdə tutulan qid açılır və yalnız ölkənin tarixi və görkəmli yerləri haqda danışmır, həm də istirahət və gəzinti yerlərini göstərir.
Portuqaliya trotuar plitələrindən düzəldilmiş oxşar QR-kod Barselonaya(İspaniya) da aparılıb. Burda isə o "təxribatçı" fəaliyyəti aparmaqla özünə turistləri cəlb etməlidir! Belə ki, onu skan edərkən Lissabonun otellərin birində istifadəçilərə bir pulsuz gecə təklif olunur, əlbəttə ki, bu turistlər üçün çox cazibədar təklif oldu.