Amerikanın “Twitter” şirkətinin 2022-ci ilin birinci rübündə gəliri 16% artaraq 1,2 milyard dollara çatıb. Reklam gəliri isə illik müqayisədə 23% artaraq 1,11 milyard dollara çatıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ödənişli abunələr vasitəsilə şirkət daha 94 milyon dollar əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31% azalma deməkdir. Bundan əlavə, reklam gəliri 1,41 milyard dollar təşkil edən əvvəlki rüblə müqayisədə gəlir azalıb.


Sosial şəbəkənin aylıq aktiv istifadəçilərinin sayı təxminən 16% artaraq 229 milyon nəfərə çatıb. Qeyd edək ki, "Twitter" üçün 1,23 milyard dollar gəlir proqnozlaşdıran analitiklərin gözləntilərini doğrultmayıb.