''Scholz & Friends'' sulu qablaşdırmada Festina Profundo saatlarını buraxdı. Dayverlər üçün sulu qablaşdırmada olan saatlar Scholz & Friends Berlin-in alman firması tərəfindən hazırlanmışdı. Bu qablaşdırma "qablaşdırma dizaynları" kateqoriyasında Epica 2011 müsabiqəsində birinci yerə layiq görülüb. Ekstremal idman növləriylə məşğul olan insanlar həmişə 100% etibar edə biləcək əşyaları seçməyə üstünlük verirlər. Dizaynerlərə etibarlılıq və qablaşdırma dizaynının vasitəsi ilə dayverlər üçün su keçirməyən saatların üstünlüklərini çatdırmaq lazım idi. Onların əsas hədəf auditoriyası idmanla həvəslə məşğul olan 18 yaşdan 50-yaşa qədər aktiv olan insanlardır. Onlar rasional düşüncəyə malikdirlər və alış-veriş vaxtı inandırıcı arqumentlərə güvənirlər. Dayverlər həmişə səthin altında gizli şeyləri axtardıqlarına görə, mütəxəssislər bu konsepti saatlar üzərində həyata keçirməyə qərar verdilər. Festina saatlarını icad etmiş Miqel Rodriqes yanaşmasını belə təsvir etdi: "Qiymət zahiri görünüşlə deyil, yalnız keyfiyyətlə təyin edilir".


Festina Profundo şirkəti tərəfindən təklif edilən keyfiyyət qablaşdırmanın dizaynında aşkar olmalıdır. İstehlakçılar görürdüklərinə inanırlar və qablaşdırmanın maksimal şəffaflığı mütləq istehsalçının məhsula əminliyini göstərir. Festina Profunda saatlarının keyfiyyətinin yoxlanmasına satış nöqtəsində nəzarət olunur. Saatlar distillə edilmiş suyla doldurulmuş şəffaf paketdə təqdim edilirlər.