"Amazon" AWS Private 5G adlı xidməti ilə şirkətlərin qurmaq istədikləri özəl 4G şəbəkələri üçün infrastruktur təmin etməyə başlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hələlik ABŞ-da (Ohayo), şərq (Şimali Virciniya) və qərb (Oreqon) bölgələrində infrastruktur təmin etməyə başlayan və gələcəkdə dünyaya açılması gözlənilən bu xidmət yalnız hazırda 4G LTE şəbəkələrinin quraşdırılması üçün istifadə olunur.


"Amazon"dan AWS Private 5G xidmətini alan şirkətlər əvvəlcə radio bloku, sonra isə xüsusi hazırlanmış SİM kartlar əldə edirlər. AWS bütün proqram dəstəyi və API-ləri təmin etdikdən sonra şəxsi şəbəkələrin quraşdırılması tamamlanır.


"Amazon" 100 cihazı birləşdirə bilən və 150 ​​Mbps-də əlaqə təmin edə bilən radio qurğuları üçün saatda 10 dollar ödədiyi halda, internet bağlantısı tələb olunduqda "Amazon"un standart EC2 (Elastic Compute Cloud) xidmət tarifi üzərindən əlavə ödəniş alınır.