"Coca-Cola" müxtəlif ləzzətləri bir araya gətirən "Creations" seriyasının yeni üzvü olan "Dreamworld"u təqdim edəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Coca-Cola", bu ilin əvvəlində təqdim etdiyi və müxtəlif ləzzətləri birləşdirərək yaratdığı "Creations" seriyasının sonuncu üzvünü təqdim etməyə hazırlaşır.


"Starlight", "Byte", "Marshmello" məhsulları ilə yanaşı, seriyanın sonuncu üzvü "Dreamworld"dür. Brend, birbaşa Z nəslini hədəf alan "Dreamworld"un dadının yuxu kimi olduğunu iddia edir.


Avqustun 15-dən ABŞ və Kanadada satışa çıxarılacaq içki öz zövqünə uyğun fantastik görünüşlü qutuda təqdim olunacaq və dizaynında 3D motivləri birləşdirərək xəyala bənzər vizual mənzərə yaradacaq.