Facemark.az xarici mənbəyə istinadən Çində yerləşən mobil oyun şirkətinin yeni virtual CEO-sunu təqdim edir.


Çində yerləşən mobil oyun şirkəti dünyada bir ilkə imza ataraq süni intellektlə dəstəklənən virtual insanı baş menecer təyin edib. "Metaverse"ə investisiyaları ilə diqqət çəkən “NetDragon Websoft”, "Tang Yu" adlı robot törəməsi olan “Fujian NetDragon Websoft”un yeni meneceri olacağını açıqlayıb.


“Tang Yu” şirkətin gündəlik əməliyyatlarında qərarların qəbulunu dəstəkləyəcək və daha effektiv risklərin idarə edilməsi sistemini təmin edəcək. O, həmçinin idarə heyəti üçün real vaxt məlumat mərkəzi və analitik alət kimi istifadə olunacaq.