"Apple" 2023-ci ilin yanvarında təqdim edilməsi gözlənilən "AR/VR" eynəyi üzərindəki hazırlanma işlərini tam sürətlə davam etdirdiyi bir zamanda, "Lenovo" "iPhone", "iPad" və "Mac" ilə uyğunlaşan "AR" eynəyi T1-i təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, xüsusi şüşələrə malik T1 görünüşcə günəş eynəyini xatırladır. Şirkət eynəkləri "sizin şəxsi mobil ekran həlliniz" (your personal mobile display solution) kimi reklam edir. Eynək 1080p görüntü imkanlı iki Micro OLED panelinə sahibdir və full HD məzmunları 60 Hz olaraq izləmək imkanı yaradır. Eynəkdə həmçinin gözlərin yorulmaması üçün mavi işığın azaldılması da mümkündür.





Qeyd edək ki, eynəyin öz prossesoru mövcud olmadığı üçün başqa cihaza qoşulması mütləqdir. USB-C vasitəsilə telefona, planşetə və ya kompüterə bağlana bilən T1 eynəyini xüsusi adapterlə "iPhone"da qoşmaq mümkündür.


Bu il Çində satışa çıxarılması gözlənilən eynəklər 2023-cü ildə bir sıra seçilmiş bazarlarda istifadəçilərə təqdim olunacaq. Məhsulun prototipini istifadə edən "ArsTechnica" yazarı Şaron Hardinq eynəyin parlaqlıq səviyyəsinin uyğun olduğunu, interfeysin və mətinlərin aydın göründüyünü deyib. Digər tərəfdən eynəklərin yoxlanılması prosesinin zaman-zaman qəribələşdiyini da qeyd edib. "Lenova"ın sözçüsü Hardinqin dediyinə görə məhsul 500 dollardan daha aşağı qiymətlə satışa çıxarılacaq.


"Apple"ın qarışıq reallıq eynəyinin 2 min dollardan çox qiymət etiketinə sahib olacağını nəzərə alsaq, T1-in cihazı daha geniş auditoriyaya yaymağı planlaşdırdığını söyləyə bilərik.