"Apple" 7 sentyabr tarixində yeni "iPhone 14" modelini təqdim edəcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, təqdimatda yalnız "iPhone 14" modelini nümayişi nəzərdə tutulmayıb. Belə ki, şirkət təqdimatda yeni "Airpods" qulaqlıqlarını və yeni "Apple Watch" modelini də nümayiş etdirəcək.
"New Times"in verdiyi məlumata görə, "Apple Watch" modeli hətta "iPhone SE"dən belə ucuz olacaq. Model təqdim olunan məhsullardan əlavə nəzərdə tutulub.