"Apple" Sinqapurda ilk üzən "Apple Store" mağazasını sentyabrın 10-da açıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hazırda "Apple"ın 25 ölkədə və altı qitədə cəmi 518 fiziki mağazası var. Sentyabr ayının 10-da Sinqapurda ilk üzən "Apple Store" mağazasının açılışı böyük marağa səbəb olub. "Apple Marina Bay Sands" adlanan mağazanın tamamilə su üzərində olması ilə şirkətin digər mağazalarından fərqlənir.
Gecələr işıqlandırılan mağaza suyun üzərindəki əksi ilə təsir edici görünüş yaradır.Qeyd edək ki, "Apple Marina Bay Sands" adi "Apple" mağazası kimi fəaliyyət göstərir. Müştərilər mağazada müxtəlif "Apple" məhsullarına baxa, yeni məhsullar kəşf edə və texniki dəstək ala bilərlər.