"Microsoft", "Edge" veb ünvanlarının düzgün yazılıb yazılmadığını yoxlayacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Microsoft", "Edge" adlı internet brauzerinin istifadəçiləri fırıldaqçılardan qorumaq üçün internet ünvanlarını düzgün yazıb-yazmadığını yoxlayacağını açıqlayıb.


Məlum olduğu kimi, bəzi fırıldaqçılar internet ünvanlarının yazılması zamanı edilən ümumi səhvləri müşahidə edərək bu ünvanları öz məqsədləri üçün istifadə edərək orijinal sayta bənzər dizayn yaradırlar. İstifadəçilərini bu cür saxtakarlıqlardan və müxtəlif zərərli fəaliyyətlərdən qorumaq istəyən "Microsoft", "Microsoft Defender" və "SmartScreen"ə veb ünvan səhvlərindən qorunma əlavə edib. Bununla da "Microsoft" "Edge"ə səhv yazılmış və təxmin edilən zərərli veb ünvanlara getməzdən əvvəl xəbərdarlıq etməyə imkan verəcək.


"Microsoft", səhv yazılmış və zərərli ola biləcəyi düşünülən bir internet ünvanı daxil edildiyi zaman "Edge"nin əvvəlcə xəbərdarlıq edəcəyini, sonra isə internet ünvanının yoxlanılmasını istəyəcəyini bildirib.