İnstaqrama gələcəyi deyilən yeni funksiya ağla "MySpace"i gətirir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İnstaqramın platformaya inteqrasiya edəcəyi yeni funksiya ilə istifadəçilərinə profillərinə mahnı əlavə etmək imkanı təqdim edəcəyi bildirilir.
Sosial mediada edilən və çox danışılan iddiaya görə, İnstaqram istifadəçilərinə profillərinə mahnı əlavə etmək imkanı təqdim edəcək.
Sosial media proqramlarına əlavə olunacaq yeni funksiyaları sızdırması ilə tanınan "Alessandro Paluzzi" tərəfindən paylaşılan twitə görə, İnstaqram istifadəçilərinə “profil mahnısı” seçməyə icazə verəcək. Bu xüsusiyyət İnstaqram tərəfindən hələ təsdiqlənməsə də, sosial mediada bu barədə danışılmağa başlayıb.