Hətta müasir mobil qurğulardakı (smartfon, planşet kompüterləri və s.) ən keyfiyyətli dinamiklər belə aşağı tezlikləri keyfiyyətli səsləndirməyə “qadir” deyillər. Bu yaxınlarda Yaponiyanın “Tokai Rubber Industries” şirkətində çalışan mühəndislər bu problemin həlli üsulunu təklif ediblər.
Mühəndislər tamamilə rezindən hazırlanmış yeni nəsil dinamiklər təqdim ediblər və onun tərkibi haqqında məlumat verilmir. Dinamiklər səsi qəbul edərək sərbəst genəlməyə və yığılmağa “qadirdir”.
Hazırda yaponiyalı mütəxəssislər yeni rezin dinamiklərin kütləvi istehsalı üçün tərəfdaş axtarırlar. Artıq aparıcı mobil elektronika istehsalçıları texnologiyaya maraq göstərirlər.