Bundan sonra öz Vikipediya hesabına daxil olan istifadəçilər yeni redaktorlar üçün açılış səhifəsi görəcəklər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, onlara suallara cavab verə biləcək daha təcrübəli insanlardan ibarət mentor təyin olunacaq. Açılış səhifəsi vasitəsilə onlardan bəzən Vikimedia tərəfindən öyrədilmiş maşın öyrənmə sistemi tərəfindən təklif edilən kiçik redaktələrə başlamaq istəniləcək.
Bundan əlavə, maşın öyrənmə alqoritmi səhifə şəkilləri və yeni redaktorların maraqlandıqlarını söylədiyi mövzular üzrə bağlantılar təklif edəcək və redaktorlar süni intellekt sisteminə insan səviyyəsində filtr kimi çıxış edərək onları təsdiq və ya rədd edə bilər.