“Apple” Avropa İttifaqı qanunlarına uyğun olaraq yeni “iPhone”larda şarj portunu “USB-C”yə dəyişəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, elektron tullantıları azaltmaq üçün addımlar atan Avropa Birliyi “USB-C”nin elektron cihazlar üçün şarj giriş standartı olması qərarına gəlib. “AB”nin bu qərarının ən çox “Apple”a təsir edəcəyi məlum idi. Bu barədə bir müddətdir “USB-C” ilə “iPhone”ları sınaqdan keçirən “Apple” şirkəti açıqlama verib. Şirkətin marketinq üzrə baş vitse-prezidentlərindən biri olan “Greg Joswiak” , “Aİ”nin qərarına əməl etməli olduqlarını izah edib.


O, “Aİ”nin təxminən 10 il əvvəl mikro “USB”nin standartlaşdırılması üçün də çalışdığını, bunun baş vermədiyini, lakin “Apple”ın da “Aİ”nin qərarına uyğun olaraq elektron tullantıların azaldılması istiqamətində addımlar atdığını bildirib. “Joswiak”ın nümunəsi “Apple”ın şarj kabellərinin adapterlərdən ayrılması idi.


Müştərilərini cihazlarla təchiz olunmuş şarj cihazları ilə təmin etməyən “Apple” , ekoloji cəhətdən təmiz olduğuna inanır. Amma şirkət də bu problemlə üzləşib. Çünki “Apple” bu məsələyə görə, xüsusən də Braziliyada bir neçə dəfə cərimələnib.


“AB” qaydalarına görə, şirkət 2024-cü ilin sonuna kimi iPhone və “iPad”lərin şarj portlarını “USB-C”yə keçirməlidir.


Bu ilin iyun ayında “Aİ” smartfonlar, planşetlər, qulaqlıqlar, portativ oyun konsolları və portativ dinamiklər istehsalçıları üçün təqvim yaradıb.