“Getty Images” və “Shutterstock” süni intellektin dəstəyi ilə hazırlanmış şəkillərin satışını qadağan edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, süni intellektlə dəstəklənən vizual istehsal vasitələrinin populyarlığının artması ilə sənətçilərdən tutmuş sənaye işçilərinə qədər bir çox insandan müsbət və mənfi şərhlərin sayında əhəmiyyətli artım olub. “Midjourney” və “DALL-E” kimi süni intellekt tərəfindən dəstəklənən vizual istehsal vasitələri ilə yaradılmış şəkillərin stok məzmunu satan platformalara yüklənməsi başqa bir müzakirəyə səbəb olub. Şəkillərin həqiqiliyi və satışa çıxarılmasının etik olub-olmaması ilə bağlı başlayan mübahisə “Shutterstock” və “Getty Images”in perspektivlərini formalaşdırıb.


Məlum olduğu kimi “Getty Images” sentyabr ayında verdiyi qərarla süni intellekt dəstəkli vizual istehsal vasitələri ilə yaradılmış şəkillərin platformada satışını qadağan edib. “Getty Images”in bu hərəkəti gələcəkdə hər hansı hüquqi problemlə üzləşməmək üçün atılmış addım kimi görünsə də, oxşar hərəkət “Shutterstock”dan gəlib. “Shutterstock”, süni intellektlə dəstəklənən alətlərlə hazırlanmış şəkillərin platformada satışa təqdim edilməsini qadağan etdiyini bəyan etməsə də, bəzi şəkilləri silib.


“Getty Images” “CEO”u “Craig Peters” , platformalara süni intellektin dəstəyi ilə hazırlanan şəkilləri əlavə etmək üçün yarışan platformaların vəziyyəti düzgün qiymətləndirə bilmədiklərini və gələcəkdə qarşılaşa biləcəkləri hüquqi və etik problemləri nəzərə almadıqlarını bildirib. Digər tərəfdən, şirkətin İsrailin süni intellekt şirkəti “Bria” ilə əməkdaşlıq etdiyini və süni zəkanın dəstəyi ilə hazırlanan görüntülərin bu şəkildə “Getty Images”ə daxil ediləcəyini açıqlayıb. Peters bildirib ki, “Getty Images” süni intellektin potensialını nəzərdən qaçırmır. O, “Bria” ilə əməkdaşlığın etik süni intellekt alətlərinə çıxışı təmin edəcəyini bildirib.