“Tinder”, “Tinder Uni” adlı xüsusiyyəti ilə universitet tələbələrini bir araya gətirmək üçün addımlar atıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, xüsusiyyət ilk dəfə İngiltərədə istifadəyə verilib. “Tinder”, ilk dəfə İngiltərədə istifadəyə verdiyi “Tinder Uni” adlı funksiya ilə universitet tələbələrinin bir-biri ilə tanış olmalarını və dostluq etmələrini asanlaşdırmağı hədəfləyir. Bu xüsusiyyətin eyni kampusda və ya yaxınlıqdakı kampuslarda təhsil alan tələbələrin bir araya gəlməsini asanlaşdıracağı düşünülsə də, qeydiyyat zamanı universitetlər tələbələrinə təqdim olunan elektron poçt ünvanından istifadə etməyə borcludurlar. Bu “e-poçt” ünvanlarından istifadəni təmin etməklə, “Tinder “qeyri-tələbələri tətbiqin “Tinder Uni” hissəsindən uzaqlaşdıra biləcək.
“Tinder Uni”yə daxil olmaq istəyən tələbələr profillərinin təhsil bölməsində oxuduqları universitetin adını daxil etdikdən sonra “Tinder Uni”yə müraciət et seçimini edə biləcəklər. “Tinder”in universitet tərəfindən tələbəyə verdiyi e-poçt ünvanına göndərəcəyi e-poçt ünvanı vasitəsilə profili təsdiqləyərək, istifadəçilər “Tinder Uni”də öz kampuslarında və ya yaxınlıqdakı kampuslarda tələbələrlə ünsiyyət qurmaq imkanı əldə edəcəklər.
“Tinder” tərəfindən aparılan bir araşdırma, kollec məzunlarının 53 faizinin tələbə olarkən “Tinder”də hazırkı və ya keçmiş partnyorları ilə tanış olduğunu və bu insanların 62 faizinin partnyorları ilə münasibət qurmağa davam etdiyini ortaya qoyub.