"Starlink" hərəkət edən nəqliyyat vasitələri üçün internet xidmətinin gələn dekabr ayında istifadəyə veriləcəyini paylaşıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Twitter"də mövzu ilə bağlı açıqlama verən "Starlink", hərəkət edən nəqliyyat vasitələri üçün internet xidmətinin gələn dekabr ayında istifadəyə veriləcəyini paylaşıb. "Starlin"in hərəkət edən nəqliyyat vasitələri üçün təqdim edəcəyi internet xidməti ilə yanaşı, avtomobillər, yük maşınları, qayıqlar, karvanlar, qatarlar və təyyarələr də daxil olmaqla hərəkətdə olan nəqliyyat vasitələri üçün internet təmin ediləcək.


Onu da əlavə edək ki, "Starlink"in hərəkət edən nəqliyyat vasitələrində istifadəsi adi ilə müqayisədə kifayət qədər baha başa gələcək. Hazırda "Starlink"dən sabit bir nöqtədən istifadə etmək üçün 599 dollarlıq peyk antenasından istifadə etməlisiniz. "Starlink" hərəkət zamanı istifadə üçün daha bir yüksək performanslı peyk antenası hazırlayıb.