Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 2 588 min barel artaraq, 439 946 min barel təşkil edib.


Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.


Məlumata əsasən, analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 029 min barel artacağını proqnozlaşdırırdı.


ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.