Finlandiya fövqəladə hallarda keçiriləcək döyüş təyyarələrinin eniş və qalxma təlimləri üçün sentyabrın son həftəsində magistral yolu avtomobillərin hərəkətinə bağlayacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Finlandiyada müharibə olacağı təqdirdə, hava limanlarının zədələnəcəyi təqdirdə, ölkənin bəzi magistral yollarının döyüş təyyarələrinin eniş və qalxması üçün istifadə edilməsi nəzərdə tutulur. "Finlandiya Hərbi Hava Qüvvələri" akademiyasından verilən yazılı açıqlamada “Hərbi Hava Qüvvələri lazım gəldikdə döyüş təyyarələrini ölkə daxilində sürətlə uçura bilmək üçün müntəzəm olaraq öz bazaları xaricində təlimlər keçirir” - deyə qeyd edilib.