Çin, Norveçin bütün illik enerji ehtiyacını ödəyə biləcək gücdə "dünyanın ən böyük külək turbinli elektrik stansiyası" qurmağı planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Ölkənin cənub-şərq sahillərində Tayvan boğazında tikiləcək "nəhəng enerji təsərrüfatı"nın illik istehsal gücü 43,3 GW olacaq.
Çinin "Quandun" əyalətinin sahil şəhəri olan "Çaozhoudan" 75 kilometr aralıda tikiləcək enerji ferması təqribən 10 kilometr uzunluğunda olacaq və minlərlə sifarişli nəhəng turbindən ibarət olacaq.


Tayvan boğazının küləkli yerləşməsi səbəbindən digər enerji təsərrüfatlarına nisbətən daha uzun müddət xidmət etmək üçün nəzərdə tutulan obyekt gündə 12 saat elektrik enerjisi istehsal edəcək.