Türkiyənin “Togg” və “Trendyol” brendləri müştərək işçi qruplarının yaradılmasına dair iş ortaqlığı niyyət məktubu imzalayıblar.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yerli avtomobil startapı "Togg" və onlayn alış-veriş platforması "Trenyol", iş ortaqlığı niyyət məktubu imzalayaraq, birgə həllər hazırlamaq və inteqrasiya layihələri üçün bir araya gəlmək üçün əməkdaşlıq edəcəklərini açıqlaybı. İstifadəçilərin təcrübəsi üzərində işləyəcəklərini ifadə edən iki marka bu işləri 3 mərhələdə həyata keçirəcək.
"Togg" ictimaiyyət arasında yerli avtomobil istehsalçıları kimi tanınsa da, mobillik həlləri istehsal etmək üçün bir çox sahələrdə də işləyir. Türkiyənin ən böyük elektron ticarət təşəbbüsü olan və günü-gündən inkişaf edən Trendyol ilə əməkdaşlıq edəcək. İki böyük brendin bu təşəbbüsü ən çox istehlakçılara fayda verəcək. İstehlakçıya fasiləsiz xidmət göstərmək üçün bu əməkdaşlıqla hər iki şirkət öz təcrübə sahələrində layihələr istehsal edəcək, inkişaf etdirəcək, inteqrasiya edəcək və bir araya gətirəcək.