"BiP" hər kəsin rahatlıqla istifadə edə biləcəyi interfeysi və fasiləsiz kommunikasiya infrastrukturu ilə milyonların seçimi olmağa davam edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Türkiyənin rabitə və həyat platforması "BiP"ə maraq günü-gündən artır. "BiP", sadələşdirilmiş menyusu və əlçatanlıq səviyyəsi ilə istifadəçilərinə asan və sürətli təcrübə təqdim edir. "BiP", məxfilik siyasəti və əlavə funksiyaları ilə oxşar proqramlardan fərqlənir.
İstifadə nisbəti eksponent olaraq artan tətbiq bu günə qədər 97 milyon dəfədən çox yüklənib. "BiP"nin 2022-ci ildə ümumi mesaj sayı 102 milyard, zəng sayı isə 124 milyon olub.
192 ölkədə milyonlarla istifadəçiyə çatan "BiP", təqdim etdiyi xüsusiyyətlərlə həyatı asanlaşdırmağa davam edir. "BiP"dəki 'Status' xüsusiyyəti sayəsində istifadəçilər 'Status' menyusuna klikləməklə öz video və ya fotoşəkillərini status olaraq paylaşa bilərlər.
BiP-nin 'Qrup Köçməsi' xüsusiyyəti sayəsində əvvəlki mesajlaşma tətbiqində qalan qruplar və söhbət tarixçələri asanlıqla BiP-ə köçürülə bilər. BiP-də 15 nəfərə qədər HD keyfiyyətli səsli və qrup video zənglərinə əlavə olaraq, HD foto paylaşma da mövcuddur. BiP-nin istifadəçi məlumatları Türkiyədə yüksək mühafizə olunan məlumat mərkəzlərində qorunur.