Tvitterin qurucusu Cek Dorsi sosial media platforması "Bluesky"ın beta testinin tezliklə başlayacağını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir.


İki gün ərzində 30.000 insan "Bluesky Social"a üzv olub. Blockchain tipli bir quruluşda yaradılacaq "Bluesky", şirkətlər və hökumətlər tərəfindən heç bir müdaxiləyə məruz qalmayacaq şəkildə yaradılması nəzərdə tutulur.


Dorsi Tvitterdən ayrıldıqdan sonra insanların yeni sosial mediaya ehtiyacı olduğunu və bunun reklamsız bir sistemə sahib olması lazım olduğunu qeyd edib.