“Nokia” şirkəti “Lumia 510” modelini təqdim edib. O, inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulub. “Lumia 510” smartfonunun qiyməti 199 dollar təşkil edəcək.
Smartfon 4 düymlü sensor “TFT” ekran (800x480), 800 MHs takt tezliyində işləyən “Snapdragon S1” prosessoru və 256 MB əməli yaddaş, həmçinin avtomatik fokuslama imkanına malik 5 meqapikselli kamera ilə təchiz edilib.

Daxili yaddaşın tutumu 4 QB təşkil edir. Onu yaddaş kartları hesabına genişləndirmək mümkün deyil.
 “Lumia 510” smartfonu, həmçinin “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 2.1” modulları, “GPS” naviqator və həm enerji toplamaq, həm də fərdi kompüterə qoşulma üçün “microUSB” portu ilə təchiz edilib. Qurğunun çəkisi 129 qramdır. Akkumulyatorun tutumu 1300 milliamper/saata bərabərdir. Yeni aparat 5 rəngdə (qırmızı, sarı, mavi, ağ və qara) əlçatan olacaq.