Sosial media platformalarına diqqət yetirən "Gemius", 2021 və 2022-ci illərdə onların performansını ölçüb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, sosial media platformalarını ziyarət edənlərin sayı ümumilikdə 57,6 milyona çatdığı halda, "Snapchat" və "Kwai"yə gələnlərin sayının artması da diqqət çəkir.
"Gemius Audience" şirkətinin 2021-2022-ci ilin yanvar-avqust aylarını əhatə edən məlumatlarına görə, sosial media platformalarının ziyarətçi sayındakı artım tendensiyası davam edir.
"YouTube", "Instagram", "Facebook", "Twitter", "TikTok", "LinkedIn" və "Snapchat"ı əhatə edən sosial trafik məlumatlarına baxsaq, 2021-ci ildə 57,1 milyon olan faktiki ziyarətçi sayı 2022-ci ilin eyni dövründə 57,6 milyona yüksəlib. Yəni bu bir il ərzində sosial media platformalarının ziyarətçi sayında təxminən 500 min artım qeydə alınıb.
"TikTok" ilə başlayan qısa video axınının digər sosial media platformalarına da təsir etdiyi görülüb. "YouTube" bu marağı "Shorts" ilə, Instagram isə "Reels" xüsusiyyəti ilə qarşılayıb.