Kanadanın “InteraXon” şirkətində çalışan mühəndislər “Muse” adlı yığcam neyrokontroller hazırlayıblar. O, beyin fəallığının siqnallarını izləyir və informasiyanı xüsusi tətbiq quraşdırılmış planşet kompüterə göndərir. Istehsalçıların sözlərinə görə, qurğu insanların emosiyalarına nəzarət etməsində yardımçı olacaq.
Beyin fəallığının konkret göstəricilərini araşdıraraq kiçik təcrübədən sonra istəyə görə rahatlaşmaq, təcavüzü saxlamaq və s. öyrənmək olar. Neyrokontroller 4 ədəd datçiklə təchiz edilmiş yığcam qurğu şəklində hazırlanıb. İstehsalçılar hələlik “Muse” neyrokontrollerinin 1 ədədinə 135 dollardan ilkin sifariş qəbul edirlər. “InteraXon” şirkəti qurğunun böyük gələcəyinə inanır.