İstifadəçilər "Instagram"da yeni "NFT"lər yarada, "NFT"lərini nümayiş etdirə və sata biləcəklər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bir müddətdir "NFT"ləri tətbiqə inteqrasiya etməkdən danışan "Instagram", başdan-başa "NFT" proseslərini təmin edəcək xüsusiyyəti sınaqdan keçirməyə başlayıb. "Ethereum", "Polygon" və "Flow" blockchainləri və "Rainbow", "MetaMask", "Trust Wallet", "Coinbase Wallet" və "Dapper Wallet" kimi üçüncü tərəf platformalarını dəstəkləyən Instagram bu günə qədər bu blockchainlərdə və platformalarda "NFT"lərin nümayişinə icazə verib. Yeni funksiya həmçinin tətbiqdə yeni "NFT"lərin yaradılmasına və satılmasına imkan verəcək.