"SocialBrands", 1-31 Oktyabr dövründə sosial mediadan ən müvəffəqiyyətlə istifadə edən markaları açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 3-cü yerdə gördüyümüz "Disney+" ilk 10-da yer ala bilməsə də, "Netflix" və "Baykar" reytinqdəki yerlərini qoruyub saxlayır. Ayın ən uğurlu brendləri; "Netflix", "Baykar" və "English Home". Sosial media ünsiyyətində uğurunu davam etdirən "Netflix", "SocialBrands Top100" siyahısının noyabr ayının ən uğurlu markası olaraq zirvədəki yerini qoruyur. Müdafiə sənayesindəki texnologiyası ilə sosial media istifadəçilərinin diqqətini çəkən "Baykar" siyahıda ikinci yeri tutub. İlk üçlükdə yer alan digər brend isə məhsulları ilə bağlı təqdimat yazıları və izləyiciləri üçün təşkil etdiyi kampaniyalarla diqqət çəkən "English Home" olub.