Yeni maliyyə ilinin ilk ayı üçün bazarın büdcə kəsiri ilə bağlı gözləntiləri 90 milyard dollar idi.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "ABŞ Maliyyə Nazirliyi" oktyabr ayı üçün büdcə balansı hesabatını açıqlayıb. Buna görə, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatacaq 2023 maliyyə ilinin ilk ayında federal hökumətin büdcə açığı 88 milyard dollar olaraq hesablanıb. Federal hökumət 2022-ci maliyyə ilinin eyni ayında 165 milyard dollarlıq büdcə kəsiri ilə üzləşib. Belə ki, oktyabrda büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 47 faiz azalıb.