Kambocada Yaponiya və Cənubi Koreya liderləri ilə görüşən Co Bayden, Şimali Koreyanın nüvə təhlükəsinə qarşı üçtərəfli qüvvələrin yaradılmasını müzakirə edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Cənub-Şərqi Asiya Ölkələri Birliyinin 2022-ci il Sammitinin keçiriləcəyi Kambocanın paytaxtı Phnom Penhdə keçirilməsi gözlənilən üçtərəfli danışıqlardan əvvəl Bayden, Kişida və Yoon ilə ayrı-ayrılıqda görüşüb. "Ağ Ev"dən verdiyi açıqlamada Baydenin ölkəsinin Çinlə "şiddətli rəqabət aparacağını" və Pekinin insan hüquqlarının pozulması iddialarını səsləndirəcəyini vurğuladığı bildirilir.