Britaniya Avropanın ən böyük birjası titulunu itirir


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, iqtisadi artım narahatlıqlarının Britaniya aktivlərinə etdiyi təzyiq və Çinin Fransanın dəbdəbəli brendlərinin istehsalçılarının səhmlərinə dəyər qazandıran "COVID" tədbirlərinin yumşaldılması Parisin Londonu keçərək Avropanın ən böyük birjası olmasına imkan verib. ABŞ dolları ilə hesablanan fransız şirkətlərinin bazar dəyəri Britaniya şirkətlərinin bazar dəyərini üstələyib. Valyuta məzənnələrindəki dalğalanmalar Fransaya İngiltərədən də üstünlük qazandırıb. Britaniyalıların "AB"dən çıxmaq üçün referendum keçirdikləri 2016-cı ilin iyunundan bəri Britaniya və Fransa səhmləri arasında 1,5 trilyon dollarlıq fərq bağlanıb.