"Nike", istifadəçilərin virtual ayaqqabı və paltar alveri edə biləcəyi "Swoosh" adlı platformanı işə salacaq.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Nike", platformada qeydiyyatların noyabrın 18-də başlayacağını, lakin ilk kolleksiyanın yanvarda çıxacağını bildirib. Şirkət vurğuladı ki, gələcəkdə "Swoosh" üzvləri "Nike" ilə birlikdə virtual məhsullar istehsal etmək imkanı əldə edəcəklər və satılacaq məhsullardan gəlir əldə edə biləcəklər. Keçən il metaverse üçün virtual ayaqqabı istehsal edən "RTFKT"ni alan "Nike" şirkətinin bəzi virtual məhsulları 8 min dollara qədər alıcı tapıb.