"iPhone 15" və "iPhone 15 Plus" modellərində USB 2.0 sürətində işləyən "Type-C" bağlantısı olacaq.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Apple" gələn il təqdim edəcəyi "iPhone 15" ilə "Lightning"dən istifadəni dayandıracaq və "Type-C"ə keçəcək. "Lightning"dən çox daha təkmil əlaqə texnologiyası olan "Type-C", həm görüntü ötürülməsi, həm də sürət baxımından əhəmiyyətli üstünlüklər təqdim edir.
Qeyd dək ki, "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" modelləri haqqında da açıqlamalar verən Kuo, "Pro" modellərinin ən az "USB 3.2" və ya "Thunderbolt 3" dəstəyinə sahib olacağını ifadə edib.