"Rimac Nevera", "Tesla Model S Plaid"in yüksək sürət rekordunu qıraraq dünyanın ən sürətli elektrik avtomobili olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, saatda 412 kilometr sürətə çatan "Nevera", bu günə qədər qeydə alınan ən yüksək sürət olan "Tesla Model S Plaid"ə saatda 146 kilometr əlavə edərək dünyanın ən sürətli elektrik avtomobili olub.
2,1 milyon dollar dəyərində 1914 at gücü və 2360 Nyuton metr fırlanma momenti ilə "Nevera" dünyanın ən sürətli sürətlənən kütləvi istehsal avtomobili ünvanına da sahibdir. Sınaq nəticəsində saatda 412 kilometr sürətə çatması sənədləşdirilən "Nevera" versiyalarının sürət həddi saatda 352 kilometrdir.