Yaponiyanın "Sony" texnologiya şirkəti "NFT" ilə oyundaxili rəqəmsal aktivləri izləmək üçün patent aldığını ictimaiyyətə açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Sony" yeni patenti ilə "NFT" və blockchain sənayesinə addım atmağa hazırlaşdığını bildirib. "Sony" tərəfindən nəşr olunan patent, kimin yaratdığını və ya keçmişdə kimin olduğunu göstərən blockchain texnologiyası ilə izlənilən unikal "NFT" sisteminin tarixini təsvir edir.


Əyləncə və media nəhənglərindən biri olan "Sony", "3D NFT" kolleksiyasını təqdim etmək üçün "Theta Labs" ilə əməkdaşlıq edib. Tokioda yerləşən şirkət "NFT" və blockchain texnologiyasını öz oyunlarına inteqrasiya etmək planları hazırlayır. Məhdud buraxılış "NFT" kolleksiyasının "Sony – Spatial Reality Display" cihazlarında görünə biləcəyi deyilir.