Şirkət üçölçülü emblemi tərk edərək onu yastı hala gətirir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, loqo qara və ağ rənglərə malikdir. Dörd bir-birinə bağlı halqanın korporativ embleminin ikinci versiyası tünd rənglərdə təqdim olunub. Yastı loqo markanın yeni korporativ kimliyinin bir hissəsinə çevrilib. Bu loqonun daxilində "Audi" avtomobilin mərkəzi sütunlarında modelin adı və onun modifikasiyaları olan yazıları yerləşməyə başlayacaq. Yazıların özləri xüsusi "Audi Type" şrifti ilə icra ediləcək.
Qeyd edək ki, yenilənmiş emblemə malik ilk maşınlar elektrik krossoverləri "Audi Q8 e-tron", "Audi Q8 Sportback e-tron" və "Audi SQ8 e-tron" idi.