"Meta", alimlər tərəfindən istifadə olunacağını ümid etdiyi hərtərəfli dil modelini sıx tənqidlərə görə üçüncü günün sonunda bağlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Meta", 48 milyon elmi məqalə, internet saytı, dərslik, mühazirə qeydləri və ensiklopediya ilə hazırladığı "Galactica"nı noyabrın 15-də istifadəyə verib. Ancaq akademik məqalələri ümumiləşdirə, riyazi problemləri həll edə, "Wiki" məqalələri yarada, elmi kod yaza bildiyi ifadə edilən "Galactica", açıldıqdan 3 gün sonra sıx tənqidlərə görə "Meta" tərəfindən istifadəyə bağlanıb. "MIT Technology Review"in demonunun niyə istifadəyə qapadıldığı sualını cavablandıran "Meta", "Galactica"nı sınayan və rəy bildirən hər kəsə minnətdar olduqlarını, demonun istifadəsini hələlik dayandırdıqlarını, lakin daha çox öyrənmək istəyən tədqiqatçılara deyib


"MIT Technology Review", "Galactica"nın həqiqi ilə saxtanı ayırd edə bilməyəcəyini, saxta məqalələr hazırladığını və bəzi hallarda bu saxta məqalələri əsl müəlliflərlə əlaqələndirdiyini və bədii ədəbiyyata geniş yer verdiyini bildirir.