"WhatsApp" istifadəçilərinə veb versiyası üçün bəzi təhlükəsizlik tədbirləri təklif edəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, kompüterlərini ümumi istifadə edən və ya ofis kompüterindən istifadə edərək "WhatsApp Web"ə daxil olan istifadəçilər artıq bəzi təhlükəsizlik tədbirləri görə biləcəklər. "WABetaInfo" tərəfindən paylaşılan ekran görüntüsündə "WhatsApp web" versiyası üçün bəzi yeniliklər edərək istifadəçilərin məxfilik ehtiyaclarına cavab verir. İstifadəçilərin istəyi ilə istifadə edilə bilən məxfilik xüsusiyyətində parolun nə qədər tez tələb olunacağı da istifadəçilər tərəfindən müəyyən ediləcək.


Şifrə unudulubsa, "QR" kodu skan etmək və yenidən web versiyaya daxil olmaq kifayətdir.