"Twitter"də məşhur analitik Willy Woo, "Binance"in "SAFU" adlı təhlükəsiz aktiv fondunu gündəmə gətirərək, fondun "BNB" ilə əlaqələri ilə bağlı narahatlığını dilə gətirib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Willy Woo, "SAFU" fondunun paylanmasını "Twitter"də paylaşıb. Fondun 44%-nə uyğun gələn 367 milyon dolları "BNB" təşkil edir. Ən son əlavələrlə fonda "Binance"in 300 milyon dollar sabit kripto aktivi "BUSD", qalan 270 milyon dollar isə "Bitcoin"dən ibarətdir. "FTX"in iflasından sonra fond 1 milyard dollara qaldırılıb, lakin son qiymət düşməsindən sonra təhlükəsiz aktiv fondunun dəyəri də azalıb.
Willy Woo, fondun əhəmiyyətli bir hissəsinin, yəni 44%-nin "BNB"dən ibarət olmasını risk hesab etdiyini və bunu "FTX"in kəsirini bağlamaq üçün istifadə etdiyi "FTT" ilə müqayisə etdiyini söyləyib.