Yaşıl texnologiyalar əsasən ətraf mühitə dəyən ziyanı minimuma endirməklə enerji və suya qənaət etməyə kömək edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2030-cu ilə qədər bütün dünyada temperatur 1,5°C artacaq. Temperaturun bu qədər artmasının ən əhəmiyyətli səbəbi insan təsiri ilə karbon qazı, metan və azot oksidi kimi istixana qazlarının artmasıdır. Bu nöqtədə fəaliyyət və yaşıl texnologiya istixana qazı emissiyalarını azaltmaq üçün mühüm rol oynayır. Ətraf mühitə uyğun yaşıl texnologiyalar bazarının 2029-cu ildə 51,09 milyard dollara çatacağı gözlənilir. Bazarın ən güclü olduğu bölgələr Şimali Amerika, Avropa, Yaxın Şərq və Afrika, Asiya Sakit Okean və Cənubi Amerikadır.
Burada əsas məqsəd karbon qazı emissiyalarının ətraf mühitə təsirini azaltmaqdır.