Dünyanın ən böyük proqram təminatı nəhəngi "Google"un gizli süni intellekt layihəsi ilə bağlı bəzi məlumatlar üzə çıxıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Google", özbaşına proqramlar yaza, həmçinin yazdığı kodu tamamlaya, düzəldə və təkmilləşdirə bilən süni intellekt aləti üzərində işləyir. "Pitchfork" adlı layihənin hazırda "Google Labs" bölməsi tərəfindən hazırlandığı bilinir, lakin əvvəllər "Google X" tədqiqat qrupunda işləyib. "Google"a yaxın mənbələr deyirlər ki, alqoritm proqramlaşdırma üslublarını öyrənə və bu biliklərə əsaslanaraq kod yaza bilər. O, əvvəlcə "Python" proqramlaşdırma dilinin kod bazasını insan müdaxiləsi olmadan yeni versiyalara yeniləmək üçün yaradılmışdır.
O, artıq yeni ixtira üçün “proqram tərtibatçılarını işsiz qoyacaq” kimi iddialı açıqlamalar versə də, buna nail olub-olmayacağını zaman göstərəcək.