"Trendyol", “Elektron Ticarətin Tənzimlənməsi haqqında” 6563 saylı qanuna görə "Trendyol Pulqabı" xidmətini davam etdirməmək qərarına gəlib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu çərçivədə yeni qanunun ilk təsirləri hiss olunmağa başlayıb və "Miles&Smiles" 6563 saylı "Elektron Ticarətin Tənzimlənməsi" haqqında qanunda edilən dəyişikliklərə görə "Trendyol" ilə əməkdaşlığı bir müddətlik dayandırdığını açıqlayıb. Son zamanlar "Trendyol"un pulqabı xidmətindən istifadə etmək istəyənlər və bununla bağlı problem yaşayanlar olub.
Bir müddət əvvələ qədər “Trendyol Market”dən alış-veriş edərkən müəyyən ödəniş pulqabıda saxlanılır və artıq hissəsi pulqabıya qoyulurdu.