"Apple"ın Çindəki müəssisəsindəki qarışıqlıq səbəbindən "iPhone Pro" 6 milyona yaxın istehsal itkisi ilə üzləşəcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, istehsal müəssisəsində qeyri-müəyyənlik qalmaqdadır və istehsal itkilərinin sayı dəyişə bilər. Zavodu idarə edən "Foxconn"un şiddətli etirazlardan sonra işçiləri istehsal xətlərinə qaytara bilməyəcəyi istehsal itkisi rəqəmini müəyyən edəcək. Müəssisədə "Covid" karantini önümüzdəki həftələrdə davam edərsə, istehsal saylarında daha böyük itkilər də görünə bilər. "Foxconn" və yerli hakimiyyət orqanları epidemiyanın qarşısını almaqda çətinlik çəkiblər. "Foxconn" müəssisəsi "Apple"ın bu il ən çox tələb olunan yeni "iPhone 14 Pro" modelini istehsal edir.
"Apple", istehsal hədəfini 90 milyon ədəddən 87 milyon ədədə endirib.