Dünya üzrə bütün istifadəçilər üçün əlçatan olması gözlənilən bu yeni funksiya istifadəçilərin "WhatsApp"dan qeyd alma vasitəsi kimi istifadə etmələrini asanlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, funksiya önümüzdəki həftələrdə "iOS və Android" istifadəçilərinə açılacaq. Dünya üzrə bütün istifadəçilər üçün əlçatan olması gözlənilən bu yeni funksiya istifadəçilərin "WhatsApp"dan qeyd alma vasitəsi kimi istifadə etmələrini asanlaşdırır. Xüsusiyyətin bir hissəsi olaraq istifadəçilər özlərini kontaktlar siyahısının yuxarısında görəcəklər. Onların adları olan linkə kliklədikdə söhbət ekranı açılacaq. İstifadəçilər bu söhbət ekranı vasitəsilə özlərinə mesaj göndərə biləcəklər.


Bundan əlavə, istifadəçilər istəsələr mesajı ən başa sabitləyə bilərlər.