Elon Musk "Twitter" vasitəsilə "ABŞ"ın texnologiya nəhəngi "Apple"a “müharibə” elan edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Tesla"nın "CEO"su və "Twitter"in yeni rəhbəri bazar ertəsi günü "Apple"ın "Twitter"dəki reklamlarının əksəriyyətini dayandırdığını, şirkəti sosial media platformasını tətbiq mağazasından silməklə hədələməkdə günahlandırdığını söyləyib.
Elon Musk "Twitter"də bir sıra paylaşımlarda "Apple"ı senzurada günahlandırıb və onun siyasətini, o cümlədən tətbiq mağazasında edilən satışlardan pay almaqda ittiham edib.