"Rolls-Royce"un hidrogenlə işləyən təyyarə mühərriki sınağı aviasiya dünyası üçün bir ilkdir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Britaniyanın “Rolls-Royce” mühəndislik şirkəti hidrogen yanacağı ilə müasir təyyarə mühərrikini sınaqdan keçirərək aviasiya sənayesində yeni çığır açıb. "Boscombe Down"da aparılan yer sınağında Şotlandiyanın Orkney adalarında külək və gelgit nəticəsində yaranan hidrogen yanacaq kimi istifadə edilib. Mülki və hərbi təyyarələrdə istifadə edilən "AE 2100-A" model mühərrik hidrogenlə işləməyə çevrilərkən, "Rolls-Royce" testi "easyJet" ilə birlikdə keçirib.
"Rolls-Royce" və "easyJet"in planlarına gələcəkdə bu mühərriki "Rolls-Royce Pearl 15" biznes reaktivində sınaqdan keçirmək daxildir.